Milli QHT Forumunun sosial layihəsi təqdim edildi

img

17-07-2012 [03:33]


Bu gün Azərbaycan Milli QHT Forumu ?Əlillərin və Sağlamlıq İmkanları Məhdud Olan İnsanların Hüquqlarının Müdafiəsi və Onların Cəmiyyətə İnteqrasiyası? layihəsi çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində ilk seminarını həyata keçirdi. Tədbiri giriş sözü ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Eldar Ağayev açdı. O,tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında məlumat verdi. Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihəyə dəstək verdiyinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tədbirin keçirilməsinə razılıq verdiyinə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı cənab Asif Əsgərova və kollektivinə minnətdarlığını bildirdi. İlk öncə layihənin slayd təqdimatı oldu. Rauf Zeyni layihə haqqında qonaqları ətraflı məlumatlandırdı. Qeyd etdi ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi,siyasi,şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək,həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək və eyni zamanda onların hüquqlarının qorunmasını təşkil etməkdir. Layihədən əsasən əlilliyi olan uşaqlar və onların ailələri,sağlamlıq imkanları məhdud olan insanlar,o cümlədən müvafiq dövlət,icra və bələdiyyə qurumları,hüquq mühafizə orqanları,vətəndaş cəmiyyəti və media,eləcə də bütövlükdə ictimaiyyət faydalanacaqdır. Layihə çərçivəsində görülən işlər Bakı şəhəri və 11 rayonu,Abşeron,Sumqayıt və Mingəçevir şəhəri üzrə həyata keçiriləcəkdir. Layihə çərçivəsində həyata keçiriləcək seminarlar və maarifləndirmə tədbirləri nəticəsində nəzərdə tutulmuş əlilliyi olan insanların sosial,hüquqi,psixoloji,mənəvi və fiziki hüquqlarının qismən təmin olunaraq yerlərdə,dövlət idarələrində,mənzil-kommunal xidməti müəssisələrində,bələdiyyələrdə, icra hakimiyyəti idarələrində və digər qurumlarda əlilliyi olan insanların mənafelərinin və hüquqlarının qorunması hallarına daha həssas yanaşılacaq. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərlə bağlı dövlət siyasəti sektorunun müdiri İsgəndər Mustafayev də çıxış etdi, bu sahədə dövlət siyasətinin istiqamətləri və priaritetləri haqqında qısa məlumat verdi və vətəndaş cəmiyyəti institutlarının, QHT-lərin fəaliyyətini dəstəklədiklərini nəzərə çatdırdı. Tədbir zamanı həmçinin sağlamlıq imkanları məhdud olan insanların şikayətləri də dinlənildi. Qeyd edək ki, layihə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə il ərzində həyata keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA