Ramazan ayı ilə bağlı fətva verilib

img

17-07-2012 [11:32]


Bu gün Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin ? Ramazan ayının başlanması ilə bağlı fətva verib. Ramazan ayının ilk günü miladi təqvimi ilə iyulun 21-ə təsadüf edir. Bu barədə məlumatı QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Qazilər Şurasının bu gün keçirilən toplantısında bu barədə qərar qəbul edilib. Ayın görünməsindən asılı olaraq Ramazan ? fitrə bayramı miladi təqvimi ilə avqustun 19-u və ya 20-ə düşür. Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə dəvət edib. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə, və 26-dan 27-nə keçən gecələrə (avqust ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə və 26-dan 27-nə keçən gecə) təsadüf edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA