Həcc ziyarətinin proqramı və qiyməti

img

16-07-2012 [04:41]


Bu ildən etibarən azərbaycanli zəvvarlar Həcc ziyarətinə yalnız təyyarə ilə gedəcəklər. Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini Hacı Salman Musayev avtobusla həcc ziyarətlərinin ləğv olunması barədə qərarı avtobusların keçdiyi ərazilərin təhlükəsiz olmaması ilə izah edir. ?Körfəz dövlətlərində olan müəyyən çətinliklər təhlükəsizlik məsələlərində bizim üçün müəyyən problelər yaradır. Ona görə məsləhət olundu ki, atobuslarla gedən zəvvarlarıız təyyarələr ilə əvəz edək. Zəvvarlarımız oktyabr ayın 14-dən başlayaraq gündə 2 təyyarə ilə yoda düşəcək?, - deyə Hacı Salman Musayev bildirib. Həcc ziyarətinə yalnız təyyarələrlə gedilməsi Səudiyyə Ərəbistanına gələcək zəvvarların sayına təsir etməyib. Bu il Azərbaycandan müqəddəs məkkəni ziyarət etməyə 2600 zəvvar gedəcək. Qafqaz Müsəlmanları idarəsinin sədr müavininin sözlərinə görə, ötən il 2 minə qədər insanın Həccə getdiyi halda bu il Azərbaycana verilmiş kvota artıq dolmaq üzrədir. Bu il ziyarətə gedə bilməyənlər isə xarici ölkələrdə olduğu kimi növbəti il Hacı adını qazanmaq üçün növbəyə durmalı olacaq. Bu şəxslər növbəti Həccə gedənlərin siyahısında birincilərdən olacaqlar. Ziyarətə getmək üçün xərclər gəldikdə iki növ qiymət var - 3090 və 3850 manat. Birinci qiymətə görə zəvvarların qalacağı otaqlar daha kiçik, 1 otaqda qalan insanların sayı isə 4-5 nəfər olacaq. 3850 manatlıq qiymətlə Həccə gedənlərin qaldığı otaqlar isə daha geniş olacaq və bu otaqda 4 nəfərdən artıq insan qala bilməyəcək. Həmçinin yemək və xidmət məsələlərində də ikinci qiymətlə ziyarətə gedənlər müəyyən üstünlüklər əldə edəcək. Qeyd edək ki, bir sıra müsəlman ölkələrində Həcc ziyarətinə ikinci dəfə getmək istəyən zəvvarlara müəyyən məhdudiyyət qoyulur və onlar yalnız bir neçə ildən sonra müraciət edə bilərlər. Qonşu Iran və Türiyədə bu müddət 5 ildir. Azərbaycana gəldikdə isə belə bir problem yoxdur. ?Ona görədə hətta hər il gedənlərdə var. Əgər bizdə də belə çoxalma nəzərə onda ümumi rəy əsaında bir qayda nəzərə tutulacaq?. Qeyd edək ki zəvvarların müqəddəs Həcc ziyarəti 20 gün davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA