isgəndər Həmidova ağır itki

img

16-07-2012 [11:38]


Bu gün səhər saatlarında sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı Zakir Məmmədov dünyasını dəyişib. Xəbəri musavat.com-a mərhumun yaxınları verib. İsgəndər Həmidov özü isə bildirib ki, o, hazırda yoldadır, qardaşının dəfninə gedir. İ.Həmidov bildirdi ki, qardaşı uzun müddət imiş ki bağırsaqlarındakı xəstəlikdən əziyyət çəkirmiş. "Beş dəfə Azərbaycanda, iki dəfə Türkiyədə cərrahi əməliyyat olunub. Amma buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı". İsgəndər Həmidov bildirdi ki, dəfn bu gün, iyulun 16-da olacaq. Mərhumun yas mərasimi Gəncənin "2-ci çast" adlanan yerində keçirilir. Mərhum Zakir Məmmədov 15 avqust 1952-ci ildə anadan olub. 1 ay sonra 60 yaşı tamam olacaqdı. O, uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Gəncənin Nizami rayonunun prokuroru olub. Ailəlidir. Bir oğlu, iki qızı var. Allah rəhmər eləsin!#252; is

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA