Yağız Bakının bir sıra küçələrini su altında qoydu

img

16-07-2012 [12:33]


Yağan yağış Bakının bir sıra məhəllələrində küçələrin su altında qalması ilə nəticələnib. Saat 13-14 radələrində vətəndaşlardan ANS PRESS-ə daxil olan məlumatlara görə, ?Çermet? qəsəbəsində, Biləcəridə, Nobel prospektində, NZS qəsəbəsində, Rəsulzadə qəsəbəsində, Dərnəgül qəsəbəsi Xəqani petrol yaxınlığında, Kəmalə və Nərmin şadlıq evləri ətrafında, Yeni Yasamalda, Nərimanov rayonunda evləri və küçələri yağış suları basıb. Hazırda "Azərsu" ASC Bakının küçələrində yaranmış problemləri ardan qaldırır. Bu barədə Trend-ə "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib. "Ciddi problemlər yoxdu, bizim şirkətin işçiləri yollarda yaranmış vəziyyətə nəzarət edir. Suyun yolların qırağlarında yığılma səbəbi həmin ərazilərin kanalizasiya borularına tökülən suyun həcminin qəbul edilə biləcək miqdarından artıq olmasıdır"- şirkətdən deyilib. Eyni vəziyyət şəhərin ərazisinin çoxuunda qeydə alınır, əsasən Şərifzadə küçəsində, Azadlıq prospektində, Nobel prospektində və sair. "Şəhərin bəzi ərazilərində xüsusi texnika işə cəlb olunub, yaxın zamanda yığılan su özü axıb yox olacaq"- şirkət tədrəfindən söylənilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA