Misir Mərdanovdan irana jest

img

15-07-2012 [03:26]


[b]Təhsil naziri Misir Mərdanov Bakıda rəsmi səfərdə olan Iranın təhsil naziri Həmidrza Hacıbabayini qəbul edib. Iranın Bakıdakı səfirliyinin məlumatında deyilir ki, görüş zamanı azərbaycanlı tələbələrin Iranda, iranlı tələbələrin Azərbaycanda təhsilinə mane olan problemlər müzakirə olunub.[/b] Görüşdə dərsliklərlə məşğul olan birgə komissiyanın üzvləri də iştirak ediblər. Tərəflər bu komissiyanın fəaliyyətinin bərpasına tərəfdar olduqlarını bildiriblər. M.Mərdanov bildirib ki, iki ölkə arasında yaxşı münasibətlərin olmasını istəməyən qüvvələr var. Şəxsi əlaqələr və iki ölkənin rəsmi şəxslərinin tez-tez səfərləri bu cür səylərin qarşısını ala bilər(Turan).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA