Bu gün külək güclənəcək,yağız yağacaq (Yenilənib)

img

14-07-2012 [03:10]


Bu gün Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, qısamüddətli yağış yağacağı, temperaturun 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında iyulun 15-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında yağışlı hava sabah da davam edəcək. ANS PRESS Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, iyulun 16-da gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı vardır. Hava gündüz dəyişkən buludlu keçəcək. Temperatur gecə 18-21? isti, gündüz 25-30? isti olacaq. Bakıda gecə 19-21? isti, gündüz 27-29? isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaqdır. Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Bakıda güclü küləklə müşayiət olunan yağış yağmağa başlayıb.#601;yi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA