Ali məktəblərə ilk qəbul imtahanı bazlayıb

img

14-07-2012 [01:09]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan Respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunacaqdır. Bildirilib ki, 2012-ci ildə III qrup üzrə 30831 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 28151 nəfəri Azərbaycan bölməsinin, 2680 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 8280 nəfərini oğlanlar, 22551 nəfərini isə qızlar təşkil edir. Həçminin 16028 nəfər isə orta ümumtəhsil məktəblərinin builki, 12363 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. İmtahan bütün binalarda eyni vaxtda ? saat 11:00-da başlanacaq və 3 saat ərzində davam edəcək. Qeyd edək ki, III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA