Sabiq səfir keçmiz həyat yoldazına ?mozennik? dedi

img

13-07-2012 [05:41]


İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 181 nəfərin vəsaitlərini mənimsəməkdə ittiham olunaraq, həbs edilmiş Şəmsiyyə Bəylərqızı arasında nifaq yenidən alovlanıb. Sabiq səfir "Vətəninfo.az"a məktub yazaraq Şəmsiyyə Bəylərqızına ən ağır ittihamları ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik: "salam.çox təssüf edirəm ki heç bir düzgün sənədə əsaslanmadan xəbərlərinizdə qeyd edirsiniz ki, Şəmsiyyə Bəylərqizi Rzayeva Əfşar Süleymaninin eks kəbinli həyat yoldaşi. qoşmada 4 sənəd göndərirəm ki, 4-də saxtadir. Mən, bu sənədlərin araşdirılmasinı müvafiq orqanlardan tələb etmişdim, hələ də edirəm. Bu dələdüz və maşennik heç zaman mənim həyat yoldaşim olmayib və ola bilməz də. Bu saxta sənədlərdən əlavə, başqa saxta sənədlərdə vardir ki, onlarlar məni və qohumlarimi, tanişlarimi aldadib. V 1 milyon ABŞ dollarına yaxin hamimiza atib. Mən müraciət etdiyim vaxt bunlara və mənim ifadə etdiyim sözlərə baxilsaydi, bəlkə bugün 181 nəfər aldadilmaz və yüksək rütbəli vəzifəli şəxs də infarkt keçirməzdi. lütfən, bu sənədləri saytınızda yerləşdirin və bundan sonra da yazmayın bu firildaq Əfşar Süleymaninin eks həyat yoldaşimiş. Mənim bir dəyərli həyat yoladışım və iki gül balam var ki, onların saçlarının bir tükünü min dənə bu qadınla dəyişmərəm". Hörmətlə, Əfşar Süleymani

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA