Gənclərin II ümumrespublika Teatr Festivalı bazladı

img

12-07-2012 [04:45]


[b]I yerin qalibinə 3000 manat veriləcək[/b] "Gənclərin II Ümumrespublika Teatr Festivalı" bu gündən işinə başlayıb. Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər, Mədəniyyət və Turizm nazirliyiklərinin birgə layihəsi olan teatr festivalının bu ilki mövzusu ekologiyadır. Layihəni gerçəkləşdirməkdə əsas məqsədi gənclərdə teatra olan marağı artırmaqla yanaşı, ekologiya ilə bağlı problemləri aktuallaşdırmaq, gənclərin diqqətini bu problemə cəlb etməkdir. Layihənin icraçı direktoru Ramil Ağasıyevin sözlərinə görə, bu gündən ekologiya mövzusunda ssenarilərin qəbuluna start verilib. Növbəti mərhələdə isə rayonların ssenarilər üzrə bölgüsü aparılacaq və seçilən truppalarla məşqlər, ustad dərsləri təşkil olunacaq. Sonuncu ayda truppaların iştirakı ilə yaradıcı düşərgənin ("Art camp") keçirilməsi nəzərdə tutulub. 3 gün davam edəcək düşərgədə ustad dərsləri, məşqlər, əyləncəli oyunlar təşkil ediləcək. Layihənin son mərhələsində 3 gün ərzində tamaşalara baxış keçiriləcək və münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşəcək. I yerin qalibinə 3000, II yerin qalibinə 2000, III yerin qalibinə isə 1000 AZN mükafat veriləcək. Bundan əlavə, "ən yaxşı ssenarist", "ən yaxşı rejissor işi", "ən yaxşı baş rol ifaçısı", "ən yaxşı aktrisa" mükafatları da qaliblərinə təqdim olunacaq. Festivalda 6-sı paytaxtdan, 6-sı isə bölgələrdən olmaqla 12 truppanın iştirakı planlaşdırılır. Layihənin ideya müəllifi Jalə Əliyevadır. Müsabiqəyə qatılmaq istəyənlər ssenarilərini avqustun 12-nə qədər info@azytf.org ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün isə (012)562 3639 və (070) 399 3639 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA