Rabitə Nazirliyində kütləvi ixtisarlar bazlayıb; Nazir poçt rəislərini səlahiyyətsizləzdirdi

img

12-07-2012 [02:58]


[b]Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ?Azərpoçt? Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) kütləvi ixtisarlara start verilib. Bu barədə mia.az-a Bakının poçt filiallarının birinin kadrlar şöbəsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Bakının poçt filialları, ?Ekspresspoçt?, Mərkəzi Poçt, Poçtdaşıma Mərkəzi başda olmaqla, Abşeron və Sumqayıt şəhərlərinin də Poçt filiallarında kadrlar şöbəsi ləğv olunub: ?Avqustun 1-ə qədər 11 poçt müəssisəsinin 7-də kadrlar şöbəsinin tam ləğv olunması prosesi bitəcək. Güman ki, 4 müəssisədə saxlasınlar. Daha dəqiqi, onların bazası əsasında MMC-də kadrlar şöbəsi sektor kimi fəaliyyət göstərəcək. Bir sözlə, ?Azərpoçt? üzrə mərkəzləşdirilmiş kadr sektoru yaradılır. Bundan sonra müəssisələrdə kadrlar şöbəsinin oynadığı rolu mərkəzi aparatda yaradılacaq sektor oynayacaq?.[/b] O da bildirilir ki, 1-də Bakı, Abşeron və Sumqayıt üzrə proses yekunlaşacaq. Avqustun 1-dən isə əyalət rayonları üzrə oxşar planı həyata keçirməyə başlayacaqlar. Bu islahatların nədən irəli gəlməsinə gəlincə, müsahibimiz deyib ki, nazirlik elə düşünür ki, kadr təyinatlarını müəssisələrin öhdəsinə vermək olmaz: ?Nazirliyin qənaətinə görə, hazırkı vəziyyətdə daha çox qeyri-peşəkarlar işə qəbul olunur. İndi islahat pərdəsi arxasında ixtisarlar aparmaqla, guya bu problemi həll edəcəklər. Yəni peşəkarlar işə cəlb olunacaq. Amma onlar özləri də yaxşı bilirlər ki, kadrlar şöbəsinin kimisə müstəqil işə götürmək səlahiyyəti yoxdur. Bu məsələlər birbaşa rəisin tapşırığı və əmri ilə həyata keçirilir. Avqustun 1-dən isə filial rəhbərləri yalnız xadimələri müstəqil işə götürə biləcəklər. Yəni bu addım, əslində, bizdən çox rəislərə zərbə oldu?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA