Havalar isti və diskomfort olacaq

img

12-07-2012 [02:05]


İyulun 13-14-də Abşeron yarımadasında günorta saatlarında meteohəssas insanlar üçün isti diskomfort şərait gözlənilir. İyulun 15-də isə güclü xəzri küləyi sərinlik yaradacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, iyulun 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaq. Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da gündüz əsasən yağmursuz olacağı, gecə bəzi yerlərdə şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Temperatur gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA