2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planı təsdiqlənib

img

11-07-2012 [06:06]


Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə qəbul planı təsdiqlənib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata görə, artıq qəbul planı Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasında təsdiqlənərək Komissiyaya təqdim edilib. 2012-2013-cü tədris ili üçün ali məktəblərə 36 min plan yeri ayrılıb. Ötən illə müqayisədə plan yerlərinin sayı təxminən 5000 yer artıb. Belə ki, ötən il ali məktəblərə 31419 plan yeri ayrılmışdı. Bu il özəl ali məktəblərin jurnalistika fakültələrinə qəbul aparılmayacaq. Həmin fakültələr üzrə qəbul planında yer ayrılmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA