Qanunvericiliyin tələblərini pozan 91 əcnəbi saxlanıldı

img

11-07-2012 [03:07]


Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 91 əcnəbi saxlanılıb. MİA-nın qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2-7 iyul 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakı şəhərində qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 91 əcnəbi aşkar edilib. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilib. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA