QAT-ın təzəbbüsü ilə Qarabağla bağlı kitab çap olundu

img

11-07-2012 [12:12]


Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə ?Qarabağ dünən, bu gün və sabah? mövzusunda keçirilən 11-ci elmi-praktiki konfransın materialları çapdan çıxıb. QAT-ın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, kitaba Qarabağın tarixinə, mədəniyyətinə, Qarabağ münaqişəsinin həlli yollarına, Cənubi Qafqazdakı etnik proseslərə və digər məsələlərə dair məqalələr, həmçinin erməni saxtakarlıqlarını ifşa edən məqalələr, konfransdakı müzakirələrin qısa icmalı daxil edilib. Kitabda tarix elmləri doktorları Kərim Şükürov, Qasım Hacıyev, İsmayıl Musa, fəlsəfə elmləri doktoru Əli Abasov, tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Şamil Mehdi, Elçin Əhmədov, politoloqlar Mübariz Əhmədoğlu, Araz Aslanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, QAT sədri Akif Nağı və digərlərinin məqalələri yer alıb. Maraqlananlar Kitabı Qarabağ Azadlıq Təşkilatı Mərkəzi Qərargahında pulsuz əldə edə və ya elektron versiyası ilə www.karabakh-doc.azerall.info saytında tanış ola bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA