?Azərsu? üç rayonun içməli suyunu kəsir

img

10-07-2012 [12:20]


Bakı şəhəri F.X.Xoyski küçəsində 500 mm diametrli polad siyirtmənin yerinin dəyişdirilməsi ilə əlaqədar paytaxtın Nəsimi və Nərimanov rayonlarının bəzi yerlərinə - Vaqif prospekti, C.Hacıbəyli, Xan Şuşinski, M.Qaşqay, Bakıxanov küçələrinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə ?Azərsu? ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatında bildirilib. Bununla yanaşı, Bakı şəhəri Yasamal rayonu ərazisində 800 mm diametrli polad borunun yerinin dəyişdirilməsi ilə əlaqədar Yeni Yasamal yaşayış massivinə gün ərzində içməli suyun verilməsində fasilələr olacaq. Yaranmış narahatlıqla əlaqədar ?Azərsu? ASC abonentlərdən üzr istəyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA