Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə daxil olmuz 142 573 müraciət

img

10-07-2012 [11:43]


[/left] 2012-ci ilin iyun ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə daxil olmuş 16 241 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 7 412, avtomatik rejimdə elektron operator tərəfindən 8 829 müraciət cavablandırılıb. 2011-ci ilin iyun ayı ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 3,3% artıb. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən verilən məlumata görə, hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (31,6%), hesabatlar və onların doldurulma qaydaları (5,7%), vergi növləri (15,5%), qeydiyyat (18,5%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (10,2%) barədə məlumat əldə etmək istəyiblər. Vergi ödəyicilərindən daxil olan sualların 97%-nə müfəttiş-operatorlar dərhal, 3%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 84,3%-i Bakı şəhərindən, 10,6%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 45 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib. 2012-ci ilin I yarımilliyində isə Nazirliyin Telefon Məlumat Xidmətinə daxil olmuş 142 573 müraciət, o cümlədən müfəttiş operatorlar tərəfindən canlı rejimdə 73 571, avtomatik rejimdə elektron operator tərəfindən 69 002 müraciət cavablandırılıb, mesaj xidməti vasitəsilə 240 346 halda vergi ödəyiciləri məlumatlandırılıb. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 26,2%, mesaj xidməti vasitəsilə məlumatlandırılan vergi ödəyicilərinin sayı isə 3,2 dəfə artıb. Hesabat dövründə vergi ödəyiciləri daha çox elektron xidmətlər (27,9%), hesabatlar və onların doldurulma qaydaları (16,5%), vergi növləri (14,3%), qeydiyyat (14,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanının rekvizitləri (8,4%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (3,6%) barədə məlumat əldə etmək istəyiblər. Vergi ödəyicilərindən daxil olan sualların 98,8%-nə müfəttiş-operatorlar dərhal, 1,2%-nə isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab veriblər. Sualların 84,7%-i Bakı şəhərindən, 11,1%-i mobil operatorlardan, qalanları isə ölkənin müxtəlif bölgələrindən daxil olub. Hesabat dövründə əhalidən şikayət (ərizə) və məlumat xarakterli 281 müraciət qəbul edilərək baxılması üçün aidiyyəti üzrə göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA