iki ölkə Azərbycanın nazirlərinə qadağa qoydu

img

09-07-2012 [07:22]


[b]ABŞ və Böyük Britaniya Azərbaycan güc strukturları nümayəndələrinə viza verilməsini dayandırıb. ?Maqnitski qanunu? adlandırılan mexanizmin artıq müxalifətçi fəallara qarşı zor və qeyri-insani davranış sərgiləyən Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri əməkdaşlarına tətbiq edilib.[/b] Xəbəri haqqın.az saytı diplomatik qaynaqlara istinadən yayıb. Sözügedən diplomatik qaynaq onu da bildirib ki, bu, Qərbin ölkədə demokratik islahatlarla bağlı tələblərini qulaqardına vuran Azərbaycan iqtidarına qarşı qeyri-formal qərarıdır. Əgər Azərbaycan iqtidarı bundan sonra da Qərbin tələblərini qulaqardına vuracaqsa, bu hakimiyyət komandasını bütün üzvlərinə şamil edilə bilər. Haqqın.az ABŞ-a, Böyük Britaniyaya səfirliklərindən viza ala bilməyən məmurlar və hüquq-mühafizə orqanları əməkdaşları haqqında geniş bilgisi olduğunu yazsa da dəqiq fakt açıqlamır. Qeyd edək ki, ötən həftənin sonlarında "Yeni Müsavat" qəzetində Azərbaycan iqtidarının 26 yüksək mənsəbli üzvünün barəsində bu cür sənəd hazırlandığı, onları Qərb ölkələrinə girişinin yasaqlanacağı barədə material yerləşdirilmişdi. Görünür, artıq mexanizm işə düşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA