Sabah ?Azərsu? Səhiyyə və Maliyyə nazirlikləri ilə məhkəmədə ?döyüzəcək?

img

09-07-2012 [02:18]


[b]Qorxmaz Hüseynovun rəhbəri olduğu ?Azərsu? ASC sabah Səhiyyə və Maliyyə nazirlikləri ilə Bakı Apellyasiya Məhkəməsində istifadə edilmiş suyun pulunu ödəmədikləri üçün növbəti məhkəmə çəkişməsinə çıxacaq.[/b] Mia.az-ın xəbərinə görə, ?Azərsu? ASC iddia ərizəsində əsas cavabdeh qismində Səhiyyə Nazirliyini göstərib: ?Buna səbəb nazirlik və onun tabeliyində olan müəssisələrin istifadə olunmuş suyun pulunu ödəmədikləridir. Ancaq adıçəkilən nazirlik büdcə təşkilatı olduqlarından həmin borcun ödənilməsi üçün Maliyyə Nazirliyinin əlavə vəsait ayırmasını vacib sayırlar. Ona görə də, ASC rəhbərliyi Maliyyə Nazirliyini də 3-c şəxs qismində məhkəməyə cəlb edib. Lakin işə əvvəlcə baxan 1 saylı İnzibati-İqtisadi Məhkəmə bu məsələlərin Nazirlər Kabinetinin qərarları ilə tənzimlənməli olduğunu əsas gətirib, ASC-nin iddiasını rədd edib. ASC isə bu qərardan apellyasiya şikayəti verib və sabah bu şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılacaq?. Proses saat 15.00-da keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA