QAT: "izi o yerə çatdırmasınlar ki, kimlərləsə onları daz-qalaq etməli olsun!"

img

09-07-2012 [01:55]


Qarabağ Azadlıq Təşkilatı Minsk qrupunun fəaliyyəti ilə bağlı növbəti bəyanat verib. Təşkilatın mətbuat xidmətindən MİA-ya daxil olan bəyanatda Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri QAT tərəfindən pislənilir: ?Bu qrupun fəaliyyətinin status-kvonun, yəni işğal faktının qorunub saxlanılmasına, Azərbaycanın torpaqlarının işğal altında qalmasına xidmət etdiyi artıq heç kəs üçün sirr deyil. Bunu beynəlxalq təşkilatlar, ekspertlər birbaşa, ya da dolayısı ilə dəfələrlə təsdiq və etiraf ediblər. Artıq bu səfərlərin heç bir mənası yoxdur və haqlı olaraq Azərbaycan cəmiyyətində qıcıq yaradır, qəzəb hissi ilə qarşılanır. Həmsədrlər hər dəfə növbəti yalan vədlərlə gəlir, gah hansısa yeni təkliflərin olduğunu bəyan etməklə, gah da cəbhə xəttini keçib guya qəhrəmanlıq etmələri ilə Azərbaycan cəmiyyətini aldadır, yalançı fəaliyyət görüntüsü yaratmağa çalışırlar. Azərbaycan cəmiyyətinin həmsədr dövlətlərdən, beynəlxalq təşkilatlardan yalnız bir gözləntisi var: işğalçını öz adı ilə adlandırmaq, Ermənistanı işğalçı dövlət kimi tanımaq, işğalçı dövlətə qarşı sanksiyalar tətbiq etmək və Azərbaycanın pozulmuş haqqının, ərazi bütövlüyünün bərpa olunmasına yardımçı olmaq. Bizim başqa bir istəyimiz yoxdur və bu mövqeyimizdə haqlıyıq. Əgər haqlı deyiliksə, qoy dünya birliyi bunu bizə desin. Biz Minsk qrupunun fəaliyyətinin dayandırılmasını, bu səfərlərə son qoyulmasını tələb edirik. Həmsədr dövlətlər özlərinə hörmət edib bu üzdəniraq vasitəçilikdən çəkinsinlər, Azərbaycan xalqının ağrı və müsibətlərinə hörmətlə yanaşsınlar, bizim heysiyyatımızla oynamasınlar. Biz Azərbaycan hakimiyyətindən bu təhqiramiz vəziyyətə son verilməsini, həmsədrlərin vasitəçiliyindən imtina olunmasını tələb edirik. Biz həmsədrlərdən tələb edirik ki, onlardan təlxək kimi istifadə olunmasına imkan verməsinlər, özlərini abırsızlığa qoyub bu səfərlərini davam etdirməsinlər. Bizim səbrimiz tükənməz deyil. İşi o yerə çatdırmasınlar ki, kimlərləsə onları daş-qalaq etməli olsun!?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA