icra bazçısı YAP-ın binasının qara rəngdə olmasını biabırçılıq adlandırıb

img

09-07-2012 [01:54]


İmişlinin yeni icra başçısı Vilyam Hacıyevin rayondakı hasarlama əməliyyatı, sökmə-tikmə işlərinin sürətlə davam etdirməsi narazılıqları şiddətlənir. Artıq hasarlama nəticəsində avtovağzal, Heydər Əliyev parkı və digər əhəmiyyətli məkanlar görünməz olub. Rayonun yüksək və orta ranqlı məmurları isə yeni başçının iş prinsipindən artıq təngə gəliblər. Bu sözləri MİA.AZ-a rayon sakinləri deyiblər. Onların sözlərinə görə, icra başçısı rayondakı Heydər Əliyev parkında Dövlət büdcəsindən 2011-ci ildə ayrılmış vəsait hesabına tikilmiş tiklilərin bir hissəsini də sökdürüb: ?Sökülən tiklilərə təxminən 200 min manat xərc çıxıb. İcra başçısı isə vəsaitə əhəmiyyət vermir. O, beynində tutduğu layihəni icra etmək üçün bütün vasitələrə əl atır. Bu isə məmurları narazı salıb. Maraqlı burasıdır ki, yeni başçısı bu cür tikinti-söküntü işlərində rayonda tanınmış iş adamları olan Tofiq İsayevlə Mərkəzi Rayon Xəstəxanasının qarşısındakı parkın bir hissəsini almış və buna görə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılma aparılsa da, toxuna bilmədikləri Aslan Manafovdan daha çox yararlanır. Tofiq İsayev gördüyü işlərin müqabilində rayonda sökülən şahmat məktəbinin bir hissəsi ilə ?mükafatlandırılıb?. Digər hissəsi isə Manafova satılıb?. Sakinlər bildirirlər ki, yeni başı iki il əvvəl Tofiq İsayev tərəfindən YAP rayon təşkilatının təmir edilən binasının üzlüyünü də dəyişilməsini tələb edib: ?Başçı YAP-ın binasının qara rəngli alçipanla üzlənməsini biabırçılıq sayıb. Deyib ki, ayıbdır, insanları nurlu sabaha çıxaran bir partiyanın binası qara üzlüklə təmir oluna bilməz. Dərhal da YAP rayon təşkilatının sədri ə başçının birinci müavini Səfa Ağayevin birbaşa rəhbərliyi ilə üzlük mavi rənglə dəyişdirilib. İndi sadə camaat gözləyir ki, bu təşkilat onları ?nurlu sabah?a nə vaxt çıxaracaq. Məmurlar isə ?qan ağlayırlar?. Onlar təmir-tikinti işlərinə səfərbər olunmaları ilə barışa bilmirlər. Hesab edirlər ki, bu işlər onların deyil, dövlətin vəsaiti və imkanları hesabına aparılmalıdır. Buna görə də məmurların narazılığı gizli də olsa, pik həddinə yetişib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA