Şamaxıda Yeniyetmə və Gənclərin Yay Məktəbi təzkil edilib

img

09-07-2012 [12:26]


İsveçrənin İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının icra etdiyi ?Azərbaycanda təhsil vasitəsilə insan alverinin qarşısının alınması üzrə maarifləndirmənin gücləndirilməsi? layihəsi çərçivəsində Azərbaycan Uşaqlar Birliyi və "Savadlı Cəmiyyət" Müasir Təhsilə Dəstək İctimai Birliyi 2012-ci ilin iyul ayının 2-8-i arası Şamaxıda Yeniyetmə və Gənclərin Yay Məktəbini təşkil edilib. Yay Məktəbinin məqsədi yeniyetmə və gənclərin yaşıddan-yaşıda metodu ilə insan alverinə qarşı mübarizə və təhlükəsiz miqrasiya barədə yeniyetmə və gənclərin maarifləndirilməsi olub. Bakı, Sumqayıt, Şəki, Oğuz, Lənkəran, Mingəçevir və Gəncədən olan Türk Dəyanət Vəqfi Bakı Türk Liseyi, Bakı Türk Anadolu Liseyi, Bakının və yuxarıda adları qeyd edilən regionların orta məktəb şagirdləri, həmçinin, Azərbaycan Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Milli Konservatoriyası və Anadolu Dövlət Universitetinin tələbələrindən ibarət ümumilikdə 20 nəfər 15-21 yaş arası yeniyetmə və gənclərin təmsil olunduğu tədbirdə ?İnsan alveri nədir??, ?İnsan alverinin qarşısının alınması yolları?, ?Cəlbetmə yolları və istismar formaları?, ?Təhlükəsiz miqrasiya?, ?Yaşıddan-yaşıda təhsil?, eləcə də ?Liderlik bacarıqları?, ?Komandada iş?, ?Münaqişəli vəziyyətlərin həll olunması? mövzuları üzrə təlimlər keçirilib. Təlimlərdə ?beyin hücumu?, böyük və kiçik qruplarda iş, interraktiv metodlarla məlumatın çatdırılması, rol oyunu, prezentasiyalar təşkil edildi, mövzuya aid filmin nümayiş edilib. Yay Məktəbinin iştirakçıları facebook sosial şəbəkəsində Yeniyetmə və Gənclərin Yay Məktəbi səhifəsini yaradıblar. Tədbirin iştirakçıları qərara alıblar ki, İnsan Alverinə qarşı Mübarizə Kampaniyası adlı səhifə də yaratsınlar və moderatorluqları ilə öz yaşıdları arasında qaldırılan problemə diqqəti cəlb etsinlər. İştirakçılar eyni zamanda respublikanın müxtəlif yerli QHT-lərində könüllü, sosial işçi və aktiv üzlər kimi fəaliyyət göstərirlər və yay məktəbində əldə etdikləri bilikləri gələcəkdə öz icmalarında, oxuduqları təhsil ocaqlarında və işlədikləri qurumların benefisiarları arasında yaymağı planlaşdırırlar. Yay Məktəbi zamanı təlimlərdən əlavə iştirakçıların asudə vaxtları təşkil edildi. İştirakçılar Şamaxı Diyarşünaslıq Muzeyi, M.Ə.Sabirin Ev Muzeyi və 7 Gümbəz Tarixi Kompleksinə, Azərbaycan Milli Elimlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasındakı muzeyə ekskursiya ediblər. Yay Məktəbi zamanı iştirakçılar üçün intellektual oyunlar, idman yarışları, enercayzerlər, diskoteka və digər əyləncələr təşkil olunub. Sonda Yay Məktəbinin iştirakçıları sertifikatlar ilə təltif edilib. #601;nin g#601;rin h

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA