Iran səfirliyinin önündə etiraz aksiyası keçirilib

img

08-07-2012 [05:58]


Iranın Bakıdakı səfirliyinin binası önündə etiraz aksiyası keçirilib. Hadisə yerində olan musavat.com-un əməkdaşı Fərahim İlqaroğlunun sözlərinə görə, aksiyanı milliyyətçi gənclər təşkil edib: ?Aksiya Sabir bağından başlayaraq İran səfirliyinin binası önünədək davam elədi. 50 nəfərə yaxın aksiya iştirakçıları İranda həbs olunan şairlərimizin azadlığa buraxılmasını tələb edir. Onlar tələbləri ilə bağlı üzərində şüarlar yazılmış plakatlar və bayraqlar qaldırmışdılar. Aksiya başlamamışdan öncə ərazi polis mühasirəsinə alınmışdı. Polis aksiyaçıların plakatlarını almağa cəhd eləsə də iştirakçılar aksiyanı baş tutmuş hesab etdilər. Etirazçılar səfirliyin binası önündə öz tələblərini irəli sürdülər. Onlar şairlərimizin dərhal azadlığa buraxılmasını istəyirlər?. Qeyd edək ki, Azərbaycan vətəndaşları olan şairlər Şəhriyar Hacızadə və Fərid Hüseyn bu ilin mayında Tehranda casusluq fəaliyyətində şübhəli bilinərək saxlanılıblar. *** Əməkdaşımız hadisə yerindən məlumat verir ki, polis artıq aksiya iştirakçılarının plakatlarını alaraq cırıb: "Polis müdaxiləsi nəticəsində aksiya dağıdıldı, plakatlar cırıldı. Gənc fəallardan Ruslan Şükürlü, Tamerlan Baxışlı və Emin Fərhadi qanunsuz aksiyaya cəhd etdiklərinə görə izzahat alınması üçün polis bölməsinə aparılıblar".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA