Oqtay Əsədovun qudası MTN-ə aparılmasını təkzib etdi

img

08-07-2012 [03:19]


?Azadlıq? qəzetinin ötən sayında Samux rayonunun icra başçısı Alı Qocayevin 10 gündür rayonda olmadığı və onun Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılaraq dindirildiyi bildirilib. Qəzetin iddiasına görə, bunun səbəbi isə icra başçısı külli miqdarda dövlət vəsaitini mənimsəməsidir: ?Alı Qocayev Binəqədinin icra başçısı olarkən rayonda Heydər Əliyev adına muzey inşa etməli və eyni adlı park salmalı imiş. Lakin icra başçısı bu məqsədlə bankdan götürdüyü 4 milyon manatı təyinatı üzrə xərcləməyib. Bir müddət sonra bunun üstü açılıb. Lakin Alı Qocayevin Milli Məclisin spikeri Oqtay Əsədovla quda olması ?yuxarılar?ın onun barəsində sərt cəza tədbirləri görməsinin qarşısı alınıb. Qərara alınıb ki, Alı Qocayev Samuxa sürgün edilsin və öz vəsaiti hesabına rayonu abadlaşdırsın. Lakin Alı Qocayev burada da ?yuxarılar?ı aldatmağa cəhd edib. Icra başçısı kənd yollarının yenidən qurulması üçün rayonun yol idarəsinə ayrılmış 3 milyon manata şərik çıxıb?. Mia.az xəbər verir ki, ?Reytinq? qəzeti bu xəbərin nə dərəcə doğru olmasını spiker Oqtay Əsədovun yaxınları ilə dəqiqləşdirib. Qəzetin bugünki sayında spikerin yaxınlarına istinadən verilən məlumata görə, Alı Qocayevin MTN tərəfindən saxlanılaraq Bakıya gətirilməsi xəbər həqiqəti əks etdirmir: ?Tam əminliklə deyə bilərik ki, bu xəbər yalandır. O, MTN-ə gətirilib, dindirilməyib. Alı Qocayev hazırda məzuniyyətdədir. Bunu dəqiqləşdirmək, bəyəm o qədər çətindir? Axı, necə ola bilər ki, MTN icra başçısını Bakıya gətirib, 10 gün saxlayır, rəsmi heç bir məlumat verilmir? Bu, mümkün deyil. İcra başçısı vəzifəsi siyasi post sayılır. MTN-in Prezident Administrasiyasının razılığı olmadan belə bir təşəbbüsdə bulunmağa səlahiyyəti də yoxdur. Bunun üçün mütləq siyasi qərar verilməlidir. Əgər həqiqətən də Alı Qocayevin hansısa bir məsələdə günahı varsa, onu niyə vəzifəyə təyin edirdilər??. Məsələyə Alı Qocayevin özü də münasibət bildirib. O, MTN-ə çağırılmasını təkzib edib və deyib ki, hazırda məzuniyyətdədir: Rayonda görünməməyimin səbəbi də budur. Haqqımda deyilənlərin heç biri doğru deyil?. #601;q

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA