Ayaz Mütəllibov Bakıdadır

img

07-07-2012 [09:48]


Hazırda Heydər Əliyev adına Hava Limanında olan əməkdaşımızın musavat.com saytına verdiyi məlumata görə, eks prezident Ayaz Mütəllibov Bakıya qayıdır. Müxbirimizin sözlərinə görə, təyyarə saat 19:30-da Hava Limanına eniş edib: ?Ayaz Mütəllibovu qarşılamaq üçün buraya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə və eks prezidentin 100-ə yaxın tərəfdaşı toplaşıb. Hazırda hər kəs eks prezidenti qarşılamaq üçün gözləyir?. Əməkdaşımızın bu dəqiqələrdə verdiyi məlumata görə, eks prezident Ayaz Mütəllibov artıq evinə yollanıb. Qeyd edək ki, Ayaz Mütəllibov sonuncu dəfə Bakıya oğlunun dəfn mərasimində iştirak etmək üçün gəlmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA