iz adamları generallara məğlub oldu

img

07-07-2012 [12:25]


Tanınmış iş adamları, bir neçə il əvvəl təzyiqlərlə milyonlarla dəyəri olan obyektlərindən məhrum olaraq Türkiyəyə sığınmış Nürəddin və Loğman Zülfüqarlı qardaşları Daxili İşlər Nazirliyi və adıçəkilən nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə, o cümlədən Baş Prokurorluğa qarşı məhkəmə çəkişməsindən yenə də məğlub ayrılıblar. Bu barədə mia.az-a Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, dünən Bakı Apellyasiya Məhkəməsində Zülfüqarlı qardaşlarının yuxarıda adları çəkilən hüquq-mühafizə orqanlarına yönəlik şikayətlərinə hakim Tofiq Səmədovun sədrliyi ilə baxılıb: ?Hakim Tofiq Səmədov Nərimanov rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlamaqla, iş adamlarını haqsız çıxarıb?. Xatırladaq ki, Zülfüqarlı qardaşları ölkəni tək etməzdən əvvəl Daxili İşlər Nazirliyi, ?Banditizm? və Baş Prokurorluq tərəfindən qanunsuz həbs edilmələrini iddia edirlər. İşə əvvəlcə Nərimanov Rayon Məhkəməsində baxılıb və qardaşların iddiası əsassız sayılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA