Torpaq Komitəsi bələdiyyəni məhkəməyə verdi

img

06-07-2012 [04:33]


Qərib Məmmədoun rəhbərlik etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsini məhkəməyə verib. Buna səbəb bələdiyyə rəhbərliyinin dövlət torpaq sahələrini satması olub. Bu barədə mia.az-a məlumat Bakı Apellyasiya Məhkəməsindən daxil olub. Bildirilir ki, komitənin bələdiyyə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qaldırdığı iddia uğursuzluqla başa çatıb: ?Həmin məhkəmə komitənin iddiasını əsassız sayıb. Ancaq komitə bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. İşə iyulun 4-də Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə baxılıb. Amma hakim həmin günü qərarını elan etməyib. Proses təxirə salınıb?. Məhkəmədən aldığımız xəbərə görə, komitə ilə bələdiyyənin arasındakı məhkəmə çəkişməsi iyulun 18-də davam etdiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA