iyulun 20-də Ramazan ayı bazlayır

img

06-07-2012 [03:21]


Azərbaycanda bu il Ramazan ayı miladi təqvimlə iyulun 20-dən başlayır. Miladi təqvimlə iyulun 19-na keçən gecə niyyət gecəsi olacaq. Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, 2012-cu il üçün Ramazan təqvimi AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatları əsasında hazırlanacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu il 19, 20 avqust tarixləri Ramazan bayramıdır və həmin günlər qeyri-iş günü sayılır. Qeyd edək ki, yemək, içmək, cinsi əlaqə, istimna (onanizm), qatı tozu udmaq, Allah, Peyğəmbər və İmamların adından yalan söz demək, Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək, başı tamamilə suya batırmaq, maye şeylərlər imalə etmək və qəsdən qusmaq orucu batil edir. Ağıllı, yetkinlik yaşına çatmış, oruc tutmasına əngəl olmayan hər bir müsəlman oruc tutmalıdır. Səfərə çıxmaq, xəstəlik, hamiləlik, südlə uşaq qidalandırmaq və ağır işlərdə çalışdıqda İslam dini müsəlmanlar üçün bir sıra güzəştləri məqbul sayır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA