Ombudsmanın səlahiyyətləri bir qədər də artırıldı

img

06-07-2012 [11:24]


Ombudsman xəbərdarlıq etmədən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə daxil ola və müəssisə rəhbərliyinə tövsiyə verə bilər. Nazirlər Kabinet 2003-cü il 13 may tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş ?Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə?də dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinə daxil ola biləcək. Orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək yaxud zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək, söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq, surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrinin rəhbərliyinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ var.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA