Məleykə Abbaszadənin ailə qurması yalan çixdı (yenilənib)

img

05-07-2012 [04:31]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ərə gedib. Komissiya sədrinin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun baş direktoru Adil Baxşəliyevlə ailə həyatı qurduğu bildirilir. Məlumata görə, Məleykə Abbaszadə Adil Baxşəliyevlə bir neçə ay əvvəl ailə həyatı qurub. Komissiya sədri ilə baş kardioloqun nikahı da rəsmiləşdirilib. Mənbə bildirir ki, cütlük yaxın qohumlarının iştirakı ilə Bakının tanınmış restoranlarından birində qapalı nikah mərasimi də keçirib(olaylar). Qeyd edək ki, 59-yaşlı Məleykə Abbaszadənin birinci izdivacından 2 övladı var. Modern.az saytı məlumatın nə qədər əsaslı olduğunu dədiqləşdirmək üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə ilə əlaqə saxlayıb. E.Nağızadə Modern.az-a açıqlamasında Məleykə Abbaszadə barəsində yayılan xəbərin cəfəngiyyat olduğunu vurğulayıb. ?Bu, tamamilə həqiqətdən uzaq, heç bir əsası olmayan dezinformasiyadır. Məleykə xanım hesab edir ki, kimlərsə sifarişlə belə dezinformasiyaları yaymaqla onun reputasiyasına xələl gətirmək istəyirlər. Amma bu kimi dezinformasiyalarla heç nəyə nail ola bilməyəcəklər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA