Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir

img

05-07-2012 [04:14]


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 2012-ci il 6 iyul tarixindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 40 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün ümumi müsahibə elan edir. ?Dövlət qulluğu haqqında? Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanlarında inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır), azı 5 il qulluq stajı olan inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar 20 gün müddətində namizədliklərinin qeydə alınması üçün müvafiq sənədlərlə şəxsən (bazar ertəsi ? cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və ya poçt vasitəsilə Komissiyaya müraciət etməlidirlər. Ümumi müsahibə, o cümlədən qeydiyyatla bağlı ətraflı məlumat ?Respublika? qəzetinin 6 iyul 2012-ci il tarixli sayında veriləcək və 6 iyul 2012-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi İnternet saytında - www.dqmk.gov.az yerləşdiriləcəkdir. Cədvəl. Ümumi müsahibəyə vakant vəzifə təqdim edən mərkəzi icra hakimiyyəti orqanları. Qeyd: Sıra düzümü vakant vəzifələrin sayına uyğun olaraq çoxdan aza doğru verilmişdir S/ s Dövlət orqanı Vakant vəzifələrin sayı 1. Əmlak Məsələləri Dövlət Komitəsi 18 2. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 16 3. Dövlət Statistika Komitəsi 4 4. Səhiyyə Nazirliyi 1 5. Dövlət Dəniz Administrasiyası 1

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA