Təhsil Nazirliyi dələduzlardan hələ danızmaq istəmir

img

04-07-2012 [06:00]


Rüşvət almaq ittihamı ilə 1 ildən çox həbsdə saxlanılan və ötən ay, iyunun 21-də barəsində həbs-qətimkan tədbiri dəyişdirilən Təhsil Nazirliyi İqtisadiyyat şöbəsinin sabiq müdir müavini, şair Əli Kərimin oğlu Orxan Kərimov bugünlərdə qəzetimizə ilginc açıqlamalar vermişdi. Bildirib ki, onun adından istifadə edərək vətəndaşları aldadan dələduzlar əməllərini təhsil nazirinin qəbul otağında həyata keçiriblər. ?Orxan Kərimov nədə ittiham olunsa da, tələbə köçürmələrində ittiham oluna bilməz. Mən o sahədə işləmirəm, nə də o sahənin sənədlərini araşdırır, qərarlar verir, imza atmıram. Bu məqamı araşdırsaydılar, görərdilər ki, mənim bu məsələlərə heç bir aidiyyətim yoxdur. Nazirliyin binasında - nazirin qəbul otağında və nazirliyin binasının dördüncü mərtəbəsində iki nəfər özünü insanlara Orxan Kərimov kimi təqdim edib, sənəd, rüşvət qəbul ediblər. Digər tərəfdən, cinayət törədilən günlərdə mən Azərbaycanda olmamışam. Dövlət Sərhəd Xidmətindən xaricdə olduğuma dair sənədlər var. Mən o tarixlərdə dövlət xətti ilə Ankarada, Kiyevdə, Vilnüsdə məzuniyyətdə olmuşam. Düşünürdüm ki, bunlar araşdırılacaq və məsələyə aydınlıq gələcək. Bunu yoxlamadılar?. Bundan Təhsil Nazirliyi rəhbərliyinin nə dərəcədə xəbərdar ola biləcəyinə dair suala cavabında isə O.Kərimov hadisələri qabaqlamaq istəmədiyini desə də, şərait yaradılmasa, kənar şəxslərin nazirliyin binasına belə daxil ola bilmədiyini diqqətə çatdırıb: ?Aydındır ki, dələduz olan bir kəsin cənab nazirin vətəndaşları qəbul etdiyi otaqda, eləcə də dördüncü mərtəbədə pul, sənəd qəbul etdiyindən rəhbərliyin xəbərinin olmadığını demək ağlabatan görünmür. Nazirin qəbul otağı birinci mərtəbədə, özünün oturduğu otaq isə dördüncü mərtəbədədir. Mən Təhsil Nazirliyinin 5 il stajı olan işçisiyəm. Özüm nazirliyə girəndə elektron kartı cihaza yaxınlaşdırıb keçirəm. Yoxsa qapı açılmır. Kimsə kiməsə şərait yaradıbsa, hüquq-mühafizə orqanları buyurub bunu araşdırsın?. O.Kərimovun açıqlamasına münasibət bildirən Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bu haqda danışmağa tələsmədiyini dedi: ?Bu məsələ haqqında danışmaq hələ tezdi. Məlumdur ki, istintaq hələ başa çatmayıb. Təhsil Nazirliyinə hər gün yüzlərlə adam gəlib-gedir. Biz bunların hər birinin kimliyini araşdıra bilmərik. Qaldı ki, dələduzların 4-cü mərtəbəyə qədər çıxmalarına, bunu istintaq araşdıracaq. Hələ bilinmir ora adam çıxıb, ya yox?. B.Hüseynli istintaq başa çatandan sonra hər şeyin üzə çıxacağını dedi: ?Hər şeyin doğruluğunu istintaq başa çatandan sonra öyrənə biləcəyik. Yaxşı olar ki, səbirli olub istintaqın başa çatmasını gözləyək. Bundan sonra bu məsələyə münasibət bildirərik?. B.Hüseynzadə O.Kərimovun müsahibəsində nazirin qəbul otağı ifadəsinə də aydınlıq gətirdi: ?Söhbət cənab nazirin qəbul otağından getmir, nazirliyin ümumi qəbul otağı var, ondan gedir. Təəssüf ki, mətbuat məhz həmin otağı Misir Mərdanovun qəbul otağı kimi təqdim edib. Bunlar isə ayrı-ayrı şeylərdir. Nazirliyin qəbul otağına gündə onlarla adam girib-çıxır. Nə biləsən orda kim özünü nə cür, hansı ad-soyadla insanlara təqdim edir?. "Musavat.com"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA