Səməd Seyidov məzunlarını yola saldı

img

04-07-2012 [12:09]


Azərbaycan Dillər Universitetində (ADU) 2011-2012-ci tədris ilində universiteti bitirən bakalavr və magistr tələbələrin ?Məzun günü? keçirilib. ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, universitetin həyətində keçirilən tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, universitetin tələbələri ilə fəxr etdiyini deyib. Məzun adı qazananların gələcəkdə nüfuzlu dövlət xadimi olacaqlarını, hər bir təşkilatda ən yüksək vəzifələr tutacaqlarının əminliyini ifadə edib: ?O gün olsun biz bu kimi tədbirləri Qarbağda, Xankəndində qeyd edək. Azadlıq deyərək bayrağımızı ucaldaq?. Ən gözəl illərin gənclik illəri olduğunu deyən Səməd Seyidov tələbələri bu illərdə özlərini şəxsiyyət kimi formalaşdırmalarını tövsiyyə edib. Rektor ADU-nun bir ailə olduğunu iştirakçıların diqqətinə çatdırıb və müəllimlərə, valideynlərə öz minnətdarlığını bildirib. Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən tələbələrə diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib. Qeyd edək ki, 2011-2012-ci tədris ilində ADU-nu fakültələr üzrə əyani şöbədə 1011, qiyabi şöbədə 80 nəfər, həmçinin universitetin magistraturasının əyani şöbəsini 123, qiyabi şöbəsini 36 nəfər magistr bitirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA