Azərbaycanda 172 əcnəbi saxlanılıb

img

03-07-2012 [05:15]


Dövlət Miqrasiya Xidməti tərəfindən ötən həftə ərzində ölkə qanunvericiliyinin tələblərini pozmuş 172 əcnəbi saxlanılIb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, 25-30 iyun 2012-ci il tarixlərdə Dövlət Miqrasiya Xidməti tərəfindən Bakıda, Gəncədə, həmçinin Şamaxı və Daşkəsən rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilən müvafiq tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilib, eyni zamanda ölkədə olma və yaşama qaydalarını pozmuş 172 əcnəbi aşkar edilmişdir. Saxlanılan şəxslər barəsində Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilibdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyanın aşkar edilərək qarşısının alınması istiqamətində paytaxtda və ölkənin regionlarında müvafiq tədbirlər davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA