Səfər Əbiyev Kolumbiya senatının nümayəndələri ilə görüzdü

img

03-07-2012 [04:59]


Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Kolumbiya senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən MIA-ya daxil olan məlumata görə, qonaqları salamlayan müdafiə naziri Kolumbiya parlament üzvlərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını və ölkələr arasında ikitərəfli əlaqələrin genişlənməsinə xidmət etdyini vurğulayıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı barədə qəbul etdiyi qərara görə Kolumbiya senatının üzvlərinə öz təşəkkürünü bildirən nazir Səfər Əbiyev bölgədə mövcud hərbi-siyasi vəziyyət və onun yaratdığı ağır problemlər barədə də qonaqları məlumatlandırıb. Müdafiə naziri görüş zamanı hər iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərinin qurulmasının vacibliyini önə çəkib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA