Bakıdakı apteklərdə yoxlamalar bazladı

img

03-07-2012 [03:06]


Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) Bakının Binəqədi rayonunda fəaliyyət göstərən bir sıra apteklərə baxış keçirib. Qurumdan verilən məlumata görə, 20-si lisenziyalı, 1-i qanunsuz fəaliyyət göstərən aptekdə aparılan yoxlamalar zamanı xeyli miqdarda yararlılıq haqqında heç bir analiz protokolu olmayan dərman aşkarlanaraq götürülüb. Mərkəzin inspektorları qanunsuz fəaliyyət göstərən 1 aptekin fəaliyyətini dayandırıblar. Buna səbəb aptekə verilmiş lisenziyanın müddətinin bitməsi olub. Həmin aptekdə 8 qutu sertifikatsız dərman da aşkarlanıb. 21 aptekdə ümumilikdə 409 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman preparatları aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA