Kür çayında suyun səviyyəsi artıb

img

03-07-2012 [12:36]


Bu gün Kiçik Qafqazın Gəncəçay çayında suyun səviyyəsində 10 sm, Kürəkçayda 8 sm, Böyük Qafqazın Qusarçay çayında 2 sm, Qudiyalçayda 1 sm, Vəlvələçayda 22 sm, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Lənkərançayda isə 4 sm azalma müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-85, Kiçik Qafqazın çaylarında 100-200, Lənkəran-Astara bölgəsi çaylarında 140-280, Naxçıvan MR çaylarında isə 85 faizini təşkil edir. Tranzit çaylara gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 45 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 222 m3/s və ongünlük normanın 74 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 182 m3/s olmaqla, ongünlük normanın 125 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər az olmaqla 129 m3/s təşkil etmiş və ongünlük normanın 88 faizinə bərabər olub. Kür çayına axan çaylarda sululuğun artması ilə əlaqədar Kürün aşağı axınında son beş gün ərzində suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, iyunun 29-dan başlayaraq Surra məntəqəsində suyun səviyyəsində 108 sm, Şirvanda 101 sm, Bankədə 26 sm, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 89 sm artım müşahidə olunub. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 478 sm (2011-ci il iyulun 03-də 481 sm), Şirvanda 333 sm (2011-ci il iyulun 03-də 375 sm), Salyanda 200 sm (2011-ci il iyulun 03-də 400 sm), Bankədə 249 sm (2011-ci il iyulun 03-də 281 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2011-ci il iyulun 03-də 225 sm) təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA