Qafqaz Universiteti BP Azərbaycan zirkətini mükafatlandırıb

img

02-07-2012 [12:03]


Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniçin rəhbərlik etdiyi bir qrup professor-müəllim heyəti BP Azərbaycan şirkətini ziyarət edib. Görüşdə BP Azərbaycan şirkətinin prezidenti Rəşid Cavanşir qonaqları salamlayaraq, BP Azərbaycan şirkəti ilə Qafqaz Universiteti arasında olan yüksək səviyyəli əməkdaşlıqdan söhbət açıb. Şirkətin prezidenti Qafqaz Universitetinin Azərbyacanda yüksək səviyyəli imicə sahib olduğunu vurğulayaraq, universitetdə təhsilin keyfiyyətinə verdiyi əhəmiyyətdən danışıb. Öz növbəsində Qafqaz Universitetinin rektoru Prof. Dr. Ahmet Saniç qonaqpərvərliyə və universitetlə əməkdaşlığa verdiyi əhəmiyyətə görə BP Azərbaycan şirkətinin prezidentinə və əməkdaşlarına minnətdarlığını bildirib. Rektor dünyanın inkişaf etmiş ölkələrində universitetlər və iş dünyası arasındakı yüksək səviyyəli əməkdaşılığa diqqət çəkərək Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasındakı münasibətlərin həm tələbələrin günün tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəsislər kimi yetişməsinə, həm də ölkəmizin inkişafına öz müsbət töhfəsini verəcəyini xüsusi ilə vurğulayıb. Bu əməkdaşlığa misal olaraq BP Azərbyacan şirkətinin Qafqaz Universitetində yüksək ixtisaslı mühəndis kadrların yetişdirilməsi üçün qurmuş olduğu Kimya mühəndisliyi və Mexanika mühəndisliyi laboratoriyaları göstərilib. Tərəflər hazırda ortaq davam etdirilən layihələr və gələcəkdəki əməkdaşlıq haqqında müzakirələr aparıb. Görüşün sonunda Qafqaz Universitetində müxtəlif nominasiyalar üzrə tələbələr arasında keçirilmiş rəy sorğusu nəticəsində ?İlin xarici şirkəti? seçilmiş BP Azərbaycan şirkətin prezidenti Rəşid Cavanşirə plsaket təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA