Zülfüqarlı qardazlarının güc rəhbərlərinə qarzı məhkəməsi davam edir

img

01-07-2012 [11:38]


Tanınmış iş adamları, bir neçə il əvvəl təzyiqlərlə milyonlarla dəyəri olan obyektlərindən məhrum olaraq Türkiyəyə sığınmış Nürəddin və Loğman Zülfüqarlı qardaşlarının Daxili İşlər Nazirliyi və adıçəkilən nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, o cümlədən Baş Prokurorluğa qarşı məhkəmə iddiaları davam edir. Bu barədə Bakı Apellyasiya Məhkəməsindən məlumat daxil olub. Məlumatda bildirilir ki, Zülfüqarlı qardaşlarının məhkəməyə müraciət etmələrinin səbəbi ölkəni tək etməzdən əvvəl adıçəkilən hüquq-mühafizə orqanları tərəfindən qanunsuz həbs edilmələridir: ?Buna görə qardaşlar Daxili İşlər Nazirliyi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı Nərimanov Rayon Məhkəməsində iddia qaldırıblar. Qardaşlar adıçəkilən hüquq-mühafizə orqanlarından qanunsuz həbsə edilmələri ilə bağlı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Lakin Nərimanov Rayon Məhkəməsi güc qurumlarına qarşı iddia tələblərini rədd edib?. Məlumata görə, rayon məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilib və işə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə baxılır: ?Nürəddin və Loğman Zülfüqarlı qardaşlarının şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Tofiq Səmədovun icraatında araşdırılır. İş üzrə hazırlıq iclası iyunun iyunun 7-də baş tutub. Həmin vaxtdan bu günədək proses keçirilməyib. Bu həftə isə bəlli olub ki, hakim iyulun 5-ə növbəti prosesi təyin edib?. Həmin günü hakimin qərarını elan edəcəyinin gözlənilmədiyi də məlumatda qeyd olunub. Məsələ ilə bağlı adıçəkilən güc strukturlarından və Zülfqarlı qardaşlarından münasibət öyrənmək mümkün olmayıb. "REYTİNQ" qəzeti

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA