Ombudsman Elmira Süleymanovaya müraciət

img

30-06-2012 [11:54]


?Kür? Vətəndaş Qərarhagı Bakı Vahid İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İlham Əmiraslanovun səhhətilə bağlı ombudsman Elmira Süleymanovaya məktub ünvanlayıb. Məktubda deyilir ki, iyunun 9-dan Bakı Vahid İstinatq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi İlham Əmiraslanov aldığı xəsarətlərə baxmayaraq hələ də ekspertizadan keçirilməyib. Belə ki, İ.Əmiraslanov həbsə alınarkən fiziki zorakılığa məruz qalıb. Bu zorakılıq nəticəsində qulaq pərdəsi yırtılıb. Döş qəfəsindəki ağrılar azalmır. Vəkili Samir İsayev İ.Əmiraslanovun krəyində xəsarət izlərinin hələ də qaldığını bildirib. İ.Əmiraslanovun ekspertizadan keçirilməsi üçün ?Kür? Vətəndaş Qərarhagı ədliyyə nazirliyinin Baş tibb idarəsinə, istintaq təcridxanasına müraciət edib. İ.Əmiraslanov özü Baş prokuroluğa müraciət ünvanlayıb. Amma müsbət nəticə əldə olunmayıb. İyunun 25-də təcridxanada İ.Əmiraslanovu yoxlayan həkim müttəhimin ciddi müalicəyə ehtiyaı olmasını təsdiqləsə də bundan o yana hər hansı addım atılmayıb. Son olaraq müəlliflər ombudsmandan İ.Əmiraslanovun həkim müayinəsi və ekspertixadan kçeirilməsi üçün yardımçı olmasını xahiş edirlər. İ.Əmiraslanov 2010-cu ilin mayında Kür daşıqnlarından əziyyət çəkənlərin hüquqlarını fəal müdafiə edirdi. Bu il iynun 4-də Sabirabadda fövqəaladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə zərərçəkənlərlə görüş olub. Həmin görüşdə İ.Əmiraslanov da iştirak edib. Həmin görüşdən 4 gün sonra I.Əmiraslanov həbs edilib. (Turan)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA