Polislərlə zəhid ailələri arasında mübahisə düzdü

img

30-06-2012 [07:29]


İyunun 30-da Milli Sevgililər Gününü qeyd etmək istəyən gənclər Şəhidlər Xiyabanına axın etdi. Lakin, xiyabanın girişində duran mülkü geyimli polislər onlara ərazidən uzaqlaşmalarını söylədi. Sadəcə İlham və Fərizənin məzarları üzərinə gül qoyacaqlarını deyən bir qrup gənclərlə polislər arasında mübahisə düşdü. Nəticədə, təxminən 30-a yaxın gənc polis gücünə ərazidən uzaqlaşdırıldı. Mülkü geyimli polislərdən biri qəzetimizə açıqlamasında bildirdi ki, Macarıstan səfirliyi Şəhidlər Xiyabanını ziyarət edəcək: ?Ona görə, xiyaban xalq ziyarətinə saat 18-ə kimi bağlıdır. İnsanlar narazılıq edə bilər. Amma, bizə də bu tapşırılıb. Təkcə jurnalistlərə icazə verilir. O da 10 dəqiqədən artıq olmamaq şərti ilə?. Polislərin xiyabanı ziyarət etməyə mane olması ən çox şəhidlərin ailələrini qəzəbləndirdi. İlham və Fərizənin yaxın qohumları ilə polislər arasında mübahisə düşdü. Mülkü polisin birisinin rəisinə mərzə edərək icazə almasından sonra şəhid yaxınlarına ziyarət üçün 15 dəqiqə vaxt verildi. Lakin, bu münasibəti həzm etməyən İlham və Fərizənin qohumlarından bəziləri ziyarətdən imtina etdilər. Masallı rayonundan bu gün üçün Bakıya gələn Vüsal Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, hökümətin bu adımı şəhidlərin ruhuna böyük sayqısızılıqdır: ?Bu təkcə şəhidlərə yox, bizə həqarətdir. Səhər saat 9-dan burdayıq. Deyirlər ki, Macarıstanın səfiri gəlib- getdikdən sonra Xiyaban ziyarətə açılacaq. Bu qədər də olmaz. 5 saatdır bir səfirin gəlib-getməsinə görə bu qədər insana isti havada zülm edilir?. Qeyd edək ki, artıq bir neçə ildir ki, iyunun 30-u ölkəmizdə Sevgililər Günü kimi qeyd olunur. Milli Sevgililər Gününün ideya müəllifi olan və hazırda həbsdə olan ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallı bunu 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisələrin qurbanları İlhamla Fərizənin şərəfinə elan edib. Neçə ildir ki, bu gün bir qrup tərəfindən qeyd olunur. 30 iyun1989-cu il bir-birini sevən iki gəncin - İlhamla Fərizənin qovuşduğu gündür. Bir-birini dəlicəsinə sevən bu iki gənc haradan biləydi ki, qarşıda onları həyatın acı sınağı gözləyir. Fərizə 20 yanvar şəhidi əri İlhamın paltarlarını toplayıb onun ruhu ilə söhbət edəndən sonra sirkə içib həyatına son qoydu. Bir-birini sevən bu iki gəncin ruhu o biri dünyada qovuşdu. Onlar özləri də bilmədən adlarını tarixə ?İlham və Fərizə? dastanı kimi yazdırdılar. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA