Əli Həsənov media kapitanları ilə görüzdü

img

30-06-2012 [04:44]


Azərbaycan Mətbuat Şurasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə fəaliyyət göstərən KİV-lərin baş redaktorları və mətbuat yayımı şirkətlərinin nümayəndələri ilə görüşüb. Görüşdə mətbuatda reklam və qəzet yayımında yaranmış problemlər müzakirə olunub. Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qəzet yayımında və reklamla bağlı məsələləri müzakirə etmək üçün şəxsən Ə.Həsənova müraciət ediblər. Ə.Həsənov redaktorla görüşməyə və mətbuatın problemlərini müzakirə etməyə hər zaman hazır olduğunu deyib. Daha sonra çıxış edən qəzet redaktorları qəzet yayımı və reklamla bağlı problemlərdən danışıblar. Tədbirdə qeyd olunub ki, köşklərin götürülməsi, eləcə də əldə yayımla bağlı problemlər mövcuddur. Şəhərin mərkəzindəki köşklərdə qəzet satışında problemlər yaranıb, eyni zamanda köşklər seyrək və görünməyən yerlərdə qoyulub. Rayonlarda qəzet satışı əsas problemlərdən biri kimi göstərilib və qəzetlərin rayonlara, kəndlərə gedib çıxmadığı bildirilib. Azərbaycanda cəmi 5 qəzetin əldə yayımı təşkil etdiyi, bəzi yerlərdə əldə yayıma imkan verilmədiyi vurğulanıb. Ə.Həsənov bütün təklifləri müsbət yanaşdığını deyib və bildirib ki, Azərbaycan dövləti media və söz azadlığına dəstək verib və bundan sonra da belə olacaq. ?Dünyanın hər yerində media reklam hesabına yaşayır. Mən dövlətin reklam bazarında məhdudiyyətlər yaratması fikri ilə razı deyiləm. Azərbaycanda yüzlərlə özəl klinika, yüzlərlə şadlıq evi və s. var. Belə olan halda reklam verilməsinin qarşısının alınmasından söhbət gedə bilməz. Sadəcə, menecment qurulmalı, reklamçıları inandırmaq lazımdır?,-deyə Ə.Həsənov bildirib. #305;m#601;rl

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA