Kəmaləddin Heydərov baba olacaq

img

30-06-2012 [11:10]


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov baba olacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə naziri yaxın ətrafından məlumat daxil olub. Verilən məlumata görə, Heydərovun ötən il ailə həyatı quran oğlu Taleh Heydərov iki aydan sonra ata olacaq. Dünyaya gələcək körpə nazirin ilk nəvəsi olacaq. T.Heydərov Kəmaləddin Heydərovun iki oğlundan biridir. O, İngiltərədə London İqtisadiyyat məktəbində beynəlxalq münasibətlər və tarix üzrə bakalavr, Birkbek kollecində isə təhlükəsizlik və qlobal idarəetmə üzrə magistr dərəcəsinə malikdir. Hazırda ?Qəbələ? Futbol Klubunun və ?Avropa-Azərbaycan Cəmiyyəti?nin (The European Azerbaiyan Society) prezidentidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA