Sabah da hava sərin olacaq, bəzi yerlərə yağız yağacaq

img

29-06-2012 [02:45]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 18-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da sabah şimşək çaxacağı, bəzən yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA