Metroda qapıları bağlanmağa qoymayanlar 50 manat cərimələnəcək

img

29-06-2012 [02:41]


Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanununun layihəsi təsdiq edilib. Qanun layihəsində edilən dəyişiklikdə Bakı Metropoliteni ilə bağlı xüsusi bənd əlavə edilib. Sənədə əsasən metro qatarlarının hərəkətinə mane olan şəxslərə qarşı cərimələrin tətbiq edilməsi qeyd edilib. Belə ki, parlamentdə təsdiq edilən qanuna müvafiq olaraq, metronun hərəkətinə mane olan və həmçinin hərəkət zamanı vaqonun qapılarını açmağa cəhd göstərən şəxslər 50 manat məbləğində cərimə olunacaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA