Azərbaycan irana yenə nota verib

img

28-06-2012 [09:33]


Xarici İşlər Nazirliyi itgin düşən azərbaycanlı şairlərin, Fərid Hüseyn və Şəhriyar Hacızadənin İranda narkotika üstündə həbs edilməsi haqda yayılan məlumatlara münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, artıq Azərbaycan tərəfi İrana növbəti dəfə nota verib. ?İran Azərbaycan tərəfinə vətəndaşlarımızın taleyi haqqında məlumat verməməklə beynəlxalq konvensiyanı pozur. Nazirliyə Azərbaycan vətəndaşlarının guya İranda cinayət törətmələri haqqında rəsmi məlumat daxil olmayıb? XİN rəsmisinin sözlərinə görə, Azərbaycan məsələni diqqət mərkəzində saxlayıaraq vətəndaşlarımıza cinayət işinin açılmasına imkan verməyəcək. Qeyd edək ki, gənc şair Fərid Hüseyn və Şəhriyar Hacızadə mayın 2-dən etibarən itkin düşüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA