Ər küçənin ortasında arvadının bazını kəsdi

img

27-06-2012 [05:22]


Bakıda dəhşətli qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ?Şərq? yaşayış sahəsində qeydə alınıb. Sabirabad sakini Fikrət Cabbarov küçəsinin ortasında, qısqanclıq zəminində qeyri-rəsmi münasibətlərdə olduğu Əminə Qədimovanın boğazını bıçaqla kəsərək qətlə yetirib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən F.Cabbarov tutulub. Suraxanı Rayon Polis İdarəsindən bildirilib ki, hadisə baş verən zaman Ə.Qədimovanın azyaşlı övladı da yanında olub. Anasının qətlindən uşaq şoka düşüb. Ona tibbi yardım göstərildikdən sonra yaxınlarına təhvil verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA