Prezident ilham Əliyevin nəvəsi dünyaya gəldi

img

27-06-2012 [11:37]


Azərbaycan prezidenti İlham Əliyevin daha bir nəvəsi dünyaya gəlib. Lent.az-ın məlumatına görə, ölkə başçısının ötən il iş adamı Səməd Qurbanovla ailə quran kiçik qızı Arzu Əliyevanın oğlan övladı dünyaya göz açıb. Xatırladaq ki, Türkiyə prezidenti Abdulla Gül də bu münasibətlə dünən prezident İlham Əliyevi təbrik edib. Bu barədə Türkiyə Cümhurbaşqanlığının rəsmi saytındakı məlumatda bildirilib. Qeyd edək ki, bu, dövlət başçısının üçüncü nəvəsidir. Prezidentin böyük qızı Leyla Əliyeva 2006-cı ilin aprelində tanınmış iş adamı Emin Ağalarovla ailə qurub, 2008-ci il dekabrın 1-də onların əkiz oğlanları dünyaya gəlib. Uşaqlarının adı Mikayıl və Əlidir. Təbrik edirik!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA