Rabitə Nazirliyinə 4 milyon dollar kələk gəliblər

img

27-06-2012 [11:14]


Məşhur milyarder, bir vaxtlar mərhum prezident Heydər Əliyevin ?arxa qapıdan qaçmaq?da ittiham etdiyi İsgəndər Xəlilov Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bir vaxtlar birbaşa tabeliyində olan ?Bakı Teleqrafı?nın binasını özəlləşdirərkən üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. 4 milyon dollar həcmində olan bu öhdəliyə əməl edilməməsinə baxmayaraq, əlaqədar qurumlar müəmmalı şəkildə susur, sözügedən müəssisə isə iflasa doğru getməkdədir. Bu sözləri mia.az-a ?Bakı Teleqrafı?ın əməkdaşlarından biri deyib. Onun sözlərinə görə, 32 işçisi olan müəssisənin yerləşdiyi Azərbaycan prospekti 41 ünvanındakı ərazisini Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən İsgəndər Xəlilova satılıb: ?Həmin vaxtı bizi oturduğumuz 10 mərtəbəli binadan çıxarıb, həmin küçənin arxasında yerləşən və ?Azərpoçt?un Mərkəzi Poçtunun darısqal otaqlarına yerləşdirdilər. Rəhbərlik o vaxt deyirdi ki, guya İsgəndər Xəlilov 4 il müddətinə müəssisəyə 4 milyon pul yatırmaqla, müəssisənin inkişafına dəstək verəcək. Amma bu vədin üstündən 6 il keçib. Ortada heç nə yoxdur. Əksinə, İsgəndər Xəlilov ?Bakı teleqrafı? özəlləşdirəndən sonra binamızı söküb, yerində nəhəng bina tikdirdi. Rəhbərlik isə indi bizə deyir ki, İsgəndər Xəlilov həm bizə, həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə kələk gəlib. O, imzaladığı sənədlər üzrə öhdəliklərə belə, əməl etmək niyyətində deyil?. ASC əməkdaşı deyir ki, İsgəndər Xəlilovun təqsiri üzündən müəssisələri müflisləşməyə doğru gedir: ?Artıq ?Bakı Teleqrafı? SC-nin nizamnamə kapitalının azaldılması istiqamətində rəsmi addımlar da atılmağa başlayıb?. Məsələ ilə bağlı mia.az-ın əməkdaşı tərəflərdən münasibət öyrənə bilməyib. Amma internet axtarışları zamanı aydın olub ki, 2006-cı ilin iyununda Əmlak Məsələləri Dövlət Komitəsi ?Bakı Teleqrafı?n səhmlərinin 98,8 faizini İsgəndər Xəlilovun Böyük Britaniyada qeydiyyatdan keçmiş ?Polton Vencars ltd? şirkətinə satıb. Tərəflər arasında imzalanmış müqaviləyə əsasən, həqiqətən də Britaniya şirkəti 4 ildə standarta uyğun müasir telekommunikasiya şirkəti yaradılması üçün 4 milyon dollar yatırım qoymalı imiş. Bundan əlavə, şirkət dövlət büdcəsinə 2,4 milyon manat ödəyib, eyni zamanda, komitəyə 40 min özəlləşmə çeki və o qədər də özəlləşmə opsionu təqdim edib. Amma müasir telekommunikasiya şirkəti yaradılması üçün 4 milyon dollar yatırım qoymaq vədi və şərti isə hər iki tərəfdən ?unudulub?. #252;z#601;

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA