?Kür? nazir Fikrət Məmmədovdan nə istəyir?

img

27-06-2012 [10:57]


?Kür? Vətəndaş Cəmiyyəti Qərargahı ədliyyə naziri Fikrət Məmmədova və nazirliyin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyevə müraciət edib. Müraciətdə deyilir: ?Kür? Vətəndaş Cəmiyyəti Qərargahının üzvü, hüquq müdafiəçisi İlham Əmiraslanov 8 iyun 2012- ci ildə həbs olunarkən fiziki zorakılığa və işgəncələrə məruz qalıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanır. İlham Əmiraslanovun Respublika Prokurorluğuna göndərdiyi məktubda və vəkili ilə görüşdə bildirdiyinə görə, işgəncələrdən sonra səhhətində ciddi problemlər yaranıb. Bizdə olan məlumata görə, ötən müddət ərzində onun müayinə və müalicə olunması istiqamətində ciddi addımlar atılmayıb. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin əməkdaşları tərəfindən İlham Əmiraslanovun lazımi şəkildə müayinə və müalicə olunması üçün addımlar atılmasını xahiş edirik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA